Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı rəsmi məlumat

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı açıqlama yayıb

Source:


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı açıqlama yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

DTX-nın İctimai Əlaqələr İdarəsindən “Report”a verilən məlumata görə, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərNardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı rəsmi məlumat