Muzdlu işçilərin orta aylıq əmək haqqı açıqlandı

Source:

“İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 516,1 min nəfərdir. Onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib”, – Dövlət Statistika Komitəsinin 2015-ci il yanvarın 1-nə olan məlumatında belə deyilir.

Muzdla işləyənlərdən 22,2 faizi təhsil, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,9 faizi kənd təsərrüfat, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,3 faizi isə iqtisadiyyatın digər sahələri ilə məşğul olublar.

“2014-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksək olub”.

Ana səhifəXəbərlərMuzdlu işçilərin orta aylıq əmək haqqı açıqlandı