Bununla bağlı 2 mindən çox fakt aşkarlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti muzdlu işçilərin hüquqlarının pozulması üzrə 2 mindən çox fakt aşkarlayıb.
Nazirliyin məlumatına görə, bu, ötən ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə çoxdur. Bununla bağlı qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq olunur. Həmin cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib. Nəticədə məlum olub ki, bu, ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən çoxdur (TURAN).