Müxalif qüvvələrin mitinqinə icazə verildi

Birgə mitinq 2 saat çəkəcək

Source:
Mitinq
Mitinq


Birgə mitinq 2 saat çəkəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının Müsavat Partiyası ilə birgə martın 31-nə təyin etdiyi mitinqə icazə verib.

Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, birgə etiraz aksiyası ilə bağlı müraciətə BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab verib. Cavabda BŞİH-in aksiyanın martın 31-də keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verdiyi ifadə olunub.

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının birgə mitinqinin 2 saat, martın 31-də saat 15:00-dan 17:00-dək keçirilməsi nəzərdə tutulur.

Mitinqin əsas şüarları “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Erməni terrorunu lənətləyirik!”, “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” şüarları olacaq.

Müxalif qüvvələr martın 10-da da birgə mitinq keçirmişdi.

Ana səhifəXəbərlərMüxalif qüvvələrin mitinqinə icazə verildi