Əli Kərimli: “İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq”
Milli Şura və Müsavat Partiyası aprelin 14-də “Məhsul” stadionunda növbəti mitinq keçirmək istəyir. Bu barədə AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb.
“Əziz həmvətənlər, sizə güvənərək mitinqlərə davam qərarı verdik. Növbəti mitinqimiz saxta seçkilərdən dərhal sonra – 14 apreldə, saat 15-də, “Məhsul” stadionunda keçiriləcək. Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara “yox” deyəcəyik. İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq, onun özgüvənini sarsıdacaq. Qətiyyən! Daha ciddi, daha kütləvi və qalibiyyətli mübarizə hələ qarşıdadır!”, – deyə partiya sədri yazıb.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Demokratik qüvvələrin Milli Şurası və Müsavat partiyası sonuncu dəfə martın 31-də mitinq
keçirib
. Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “İstefa” kimi şüarlar səsləndirilib. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.