“Müstəqillik düşüncəmizi murdarladılar” (VİDEO)


“Bakı Azərbaycanın feodal bədənində kapitalist yarasıdır”


Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı yalnız Anarın növbəti dəfə sədr seçilməsi ilə yadda qalmadı, həm də Türkiyədə yaşayan şair Məmməd İsmayılın alternativsizliyə tənqidi yanaşmasıyla tarixə düşdü. Bu mənada şair Məmməd İsmayılla söhbətimizdə gündəmin aktual ədəbi tədbiri ilə bərabər başqa məsələlərə də toxunduq.



M


ə


mm


ə


d m


üə


llim, sizin “S


ə


n kimi se


ç


irs


ə


n, s


ə


n kimi xalq


ı


m”


ş


erinizi g


ötürərək sualımıza cavab istəyirik,


Yaz


ıçı


lar Birliyinin qurultay


ı


bax


ı


m


ı


ndan Az


ə


rbaycan xalq


ı


se


çə


bilirmi?

–         Əvvəla, həmin şerin yazılmasının səbəbi birliyin qurultayı ilə bağlı deyildi. Söhbət ümumi olaraq Azərbaycandakı seçim prosesi və bu seçimin dəhşətli dərəcədə saxtalaşdırılması idi. Mən kənddə böyümüş adamam, çoban heç zaman sürüsündə damazlıq olmayan qoyunu saxlamaz, bağban heç zaman bağında ona bar verməyən ağacı saxlamaz, yəni toplum seçməyi çox gözəl bacarır. Seçməyi bacarmasaydı bunlar olmazdı ki. Amma nə yazıq ki, ölkəmizdə elə bir şablon qurulub ki… Bəli, 23 il azadlıq ilində bir dəfə seçim oldu, o da rəhmətlik Əbülfəz Elçibəyin seçildiyi seçki çox gerçək seçim idi. Mən o zaman seçkilərdə iştirak edirdim, özüm də rəhbər vəzifədəydim. İndi sual yaranır, bütün toplum seçməyi bacarırsa, nədən bütün seçimlər saxtalaşdırılır?



Do


ğ


rudan da n


ə


d


ə


n saxtala


ş


d


ı


r


ı


l


ı


r, h


ə


m d


ə


yaz


ıçı


lar


ı


n se


ç


iml


ə


ri alternativsiz ke


ç


irilir?

–         Əgər bir partiyanın seçimində başdan-başa saxtakarlıq olsa, orda dərd yoxdur. Çünki şablon qurulub və toplum bu şablondan imtahan versə də, hər dəfə də kəsilir. Bu illərdə millətə seçib-seçilmək imkanı verilmədi, kənar güclərlə onun daxildəki uzantıları elə bir şərait yaradıblar ki, kənar güclərə ölkənin başında kimlər lazımdırsa, fiziki və mənəvi anlamda onları dəstəkləyirlər. Ölkənin başına gətirilənlər də kənar güclərin dedikləri şəkildə davranırlar. Yəni onları tərifləyəcək, öyəcək, ayaqda saxlayacaq adamlara seçim imkanları saxlayırlar.



Amma AYB-y


ə


topla


ş


anlar


ı


Az


ə


rbaycan ziyal


ı


lar


ı


n


ı


n qaymaqlar


ı


hesab edil


i


r, y


ə


ni onlar da se


çə


, yaxud alternativ namiz


ə


d ir


ə


li s


ü


r


ə


bilmirl


ə


r?

–         Onları da tam qınamıram. Niyə? Çünki AYB üzvləri də başqa bir mühitdə yaşamırlar. Yaşadıqları mühitin gözəgörünməz coğrafi, hava, su sərhədlərində elə ictimai-psixoloji durum yaradılıb ki… Təsəvvür edin ki, kənardan baxanda “Allahım mən o ölkəninmi övladıyam” deyə özünə sual edirsən. Bu ölkə elə bərbad gündə görünür ki, bütün televiziyalar səhərdən-axşama qədər yalanla ölçülür.



Amma h


ə


min m


ü


hitd


ə


olan m


ü


savat


çı



ş


air Ramiz R


ö


v


şə


n Anardan ba


ş


qas


ı


n


ı


s


ə


dr g


ö


rm


ə


di v


ə


onu t


ə


nqid ed


ə


nl


ə


ri ba


ş


qa yuvan


ı


n adamlar


ı


adland


ı


rd


ı



–         Mən sözün tam anlamı ilə Ramiz Rövşəni çox güclü şair kimi qəbul edirəm. Amma mənim ürəyim ağrıyır. Niyə? Dostluğa sədaqət düşüncəsi də bizim xalqın ənənələrindən biridir, bəs dostluğa sadiq olmaq dostuna zərər gətirirsə, onda necə? Ramiz Rövşəndən soruşmazlarmı ki, ay mənim gözəl şair qardaşım, nədən sənə müxalif düşüncəli olduğuna görə nə ad, nə mükafat verirlər…



Amma mənzil verdilər…

–         Bəlkə onu da susdurmaq üçün atıblar. Mın ona sual edirəm, nədən sən mənimlə qarşı-qarşıya gələndə şerimi sevən, tərifləyən birisən, bəs Məmməd İsmayılın ölkədə olmadığına nədən səsini qaldırmırsan? Məmməd İsmayıl nədən vətəndən didərgin düşüb?



Niy


ə


soru


ş


mur?

–         Azərbaycan ədəbi mühitində bir kişinin də bu məsələdə səsi çıxmır. Dəhşətli bir şeydir, Əhməd Cavad, Almaz Yıldırım deyib ağlayırlar, çünki onların hər ikisinin də düşməni tarixin məzarlığına kömülmüş insanlardır. Amma Məmməd İsmayılın düşmənləri bu gün dim-dik ayaqdadırlar, sağdırlar. Və “mənə nə” düşünürlər. Mən Rusiya, Türkiyə, Macarıstan və elə yer yoxdur ki, ora dəvət olunmayım. Bəs nədən qışqırıb soruşmursunuz ki, hanı Məmməd İsmayıl? Mən sovet dövründə nəşriyyat direktoru və iki jurnalın baş redaktoru olmuşam, Azərbaycan televizyasında 13 il “Odlar yurdu” proqramı hazırlamışam. Nədən bu təcrübəmi gedib Türkiyədə öyrətməliyəm? Niyə Azərbaycanda yox?



Necə oldu ki, “Qalib gəldi, qalib getdi” deyən Anarı Ramiz Rövşən dəstəklədi, yalnız dost sədaqəti, yoxsa başqa səbəblər də var?

–         Başqalarını deyə bilmərəm, Ramiz Rövşənin çıxışları mənim üçün heyrət doğurmadı. Bunlar onsuz da məlum idi.



Seyran S


ə


xav


ə


tin d


ə



çı


x


ışı


heyr


ə


t do


ğ


urmad


ı


?

–         Seyran Səxavətin çıxışı rəzillik idi. Yəni bundan artıq da sənin günün də olacaqmı?



S


ö


hb


ə


t


“Q


ı


z


ı


l te


ş


t


”i yazan Seyran S


ə


xav


ə


td


ə


n gedir…

–         Bəli… Bir məqamı deyim, mənə söylədilər ki, “Azərbaycan” qəzeti qurultayda iştirak edənlərdən yalnız mənim adımı çıxardıb. Belə həyasızlıq, murdarlıq olarmı? Cidanı çuvalda gizlətmək olarmı? Bu boyda adamı gizlətmək mümkündürmü?



M


ə


n yen


ə


d


ə



ə


vv


ə


lki sual


ı


ma qay


ı


d


ı


ram, adlar


ı


n


ı



çə


kdiyim iki


ş


air, yaz


ıçı


n


ı


n o c


ü


r


çı


x


ışı


n


ı


n arxas


ı


nda dost s


ə


daq


ə


ti, yoxsa maddi maraq dayan


ı


r?

–         Maraqların olub-olmadığını yaxın gələcəkdə görəcəyik. Gizli sirrlər heç zaman gizli qalmır.



Anar sizi uzun m


ü


dd


ə


tdir


ö


lk


ə


d


ə


olmad


ığı


n


ı


zdan bir


ç


ox m


ə


s


ə


l


ə


l


ə


rd


ə


n x


ə


b


ə


rsiz oldu


ğ


una eyham vurdu.


İ


nternet d


ö


vr


ü


nd


ə



ö


lk


ə


d


ə


uzun m


ü


dd


ə


t olmama


ğı


n


ı


z n


ə


l


ə


rd


ə


ns


ə


m


ə


lumats


ı


z oldu


ğ


unuz anlam


ı


na g


ə


tirirmi?

–         Sənin düşüncənlə Anar mənə necə və nə cür cavab verməliydi?



Cavab o oldu ki, onu


ç


ox t


ə


rifl


ə


m


ə


sinl


ə


r, b


ə


zil


ə


rinin qarn


ı


a


ğ


r


ı


yar…

–         O sözü də mənə atmışdı. Həmin atmaca AYB-nin, Rəsul Rza-Nigar Rəfibəyli yadigarının və dünyanı gəzib dolaşmış bir adamın dilindən çıxırsa, o zaman özünüz aydınlaşdırın. Yəni insanın dilindən nə çıxırsa, içindən gəlir. Mənim qarnım ağrımır, niyə ağrımalıdır?! Nə ehtiyacım var mənim Anara? Onun verəcəyi ada, mükafata heç bir ehtiyacım yoxdur.



M


əmməd müəllim,


AYB-d


ə


v


ə


ziyy


ə


t o q


ə


d


ə


rmi kritikdir ki, dediyiniz kimi 500, min manata


ü


zvl


ü


y


ə


q


ə


bul edirl


ə


r?

–         Türkiyənin ən ucqar bölgəsində bu xəbərlər gəlib mənə çatır, sizə çatmırmı?! Bir məşədi, molla və bir xanım orda mənimlə görüşdə bunları demişdi. Düzdür, mənə deyilənləri burda səsləndirirəm və bunu söyləyənlərin kitabını ortalığa qoyuram. Mən AYB-nin qəbul komissiyasında iştirak etmişəm, bəzən masamızın üzərinə kitablar gətirirdilər, irəli sürdüyüm namizədlər isə kənarda qalırdı, kiminsə tapşırdığı adam üzv seçilirdi. Komissiyanın hörmət etdiyim sədri Fikrət Sadiqa deyirdim ki, bu adamların kitablarını gətirin və nəyə görə onları üzvlüyə qəbul etdiyimizi deyin. O zaman “Gənclik” jurnalının baş redaktoruydum, mən tanımaya-tanımaya belələri necə üzv qəbul oluna bilərdi? Kitabları gətirirdilər, deyirdim oxuyun o adamın şerlərini, oxuyandan sonra “bəyəndinizmi” sualını verirdim, hamısı başını aşağı salırdı. Soruşurdum ki, bəs bəyənmədiyiniz adamı necə üzv qəbul edirsiniz? Ondan sonra Hüseyn Əfəndinin, Sabir Sarvanın, Səfər Alışarlının kitablarını gətizdirirdim, zəmanəti də özüm vermişəm, amma heç biri tovuzlu və qazaxlı deyil. Bəs bunları niyə üzv qəbul etmirsiniz, aydın cavab vermirdilər. Əgər məhkəmə olsa, mən də həmin məşədinin və axnımın kitabını götürüb qoyaram ortalığa, halbuki, nə hecası, nə qafiyəsi, nə əruzu var. O zaman bu adamı niyə üzv seçmisiniz?



Ü


mumiyy


ə


tl


ə


, Anar


ı


n


ə


traf


ı


nda toplanma


şə


xsiyy


ə


t


ə


p


ə


r


ə


sti


ş


dir, yoxsa maddi maraqlardan do


ğ


ur?

–         Mən hadisələri yumşaltmaq üçün demirəm, onsuz da “ox yaydan çıxıb” və məni düşmən kimi görürlər. Eşq olsun ona, “qarnı ağrıyır” cümləsinə görə, necə qurdu onu, bilmirəm, fantastik düşüncəyə malikdir. Mən Anarı şəxsiyyətsiz hesab etmirəm, o Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan adamdır. Mən onun əsərlərin sevmişəm və ona məktub da yazmışam. Amma mənim gözləməkdə olduğum Anar tamamilə başqa bir adamdır. Bu, artıq şəxsiyyətə pərəstişlik deyil, qurultaydakı böyük çoxluq “daha nə edək, xala xətrin qalmasın, seçim onundur, istəyir olsun da” deyə düşünür.



Amma Anar 10-15 il d


ə


birliyin s


ə


dri ola bil


ə


c


ə


yini d


ə


s


ö


yl


ə


yib…

–         Mən də bildirdim ki, “Anar olmasa, AYB-ni bizdən alacaqlar”- deyə söyləyirsiniz, 80, 85 yaşı ola bilər, amma günün birində gedəcək, o zaman 1600 olan biz yazıqlar nə edəcək? Belə rəzalət olarmı? Axı bu nə deməkdir, anlamıram. Məmməd İsmayıl olmasa dünya dağılar, elə şey olarmı? “Gənclik” jurnalı yoxdur, Azərbaycan çökdümü? İnsanların bəzilərinin xəbəri yoxdur, adamları televiziyalar vasitəsilə zombiləşdiriblər, bilmirlər ki, gəlişi gözəl binalardan mənə nə xeyri var? Bu binaların işindəki faciələri görmürsünüzsə, onların mənə nə aidiyyatı var?



B


ə


s h


ə


min 1600


ş


air v


ə


yaz


ıçı


binalar


ı


n i


ç


ind


ə


ki faci


ə


ni yaza bilirmi?

–         Mən yazıram, 1600 nəfərin yazıb-yazmamasının mənə aidiyyatı yoxdur. Bundan başqa, Bakı Azərbaycanın feodal bədənində kapitalist yarasıdır. Feodalizmin, kapitalizmin insanın ağalar tərəfindən yönətməsini əlindən alıb pulun əlinə verdilər. Bir millətin ki, Allahı para, pul olsun, ondan nə gözləyəsən?!



Do


ğ


rudanm


ı


, mill


ə


tin Allah


ı


parad


ı


r…?

–         99 faizi elədir.



Mill


ə


t n


ə


etsin ki…?

–         Necə yəni nə etsin?!



Ax


ı


mill


ə


tin ziyal


ı


s


ı



ö


nd


ə


olmal


ı


d


ı


r…

–         Məndən qəhrəman yaratmayın, mən qəhrəman deyiləm, səmimi deyirəm. AYB-nin qurultayında bir söz demişəm,  zənglər dayanmır, bəs dünənə qədər niyə axtarmırdılar? “Gənclik” jurnalının baş redaktoru olmuşam, həmin dərgidə 6 ildə etdiklərimi heç bir mətbuat orqanı etməyib. Görmürsünüz ki, Azərbaycan televiziyaları nə gündədir?! Əbülfəz Elçibəyin tənqid edilməli tərəfləri vardı, amma bir dəfə onun haqqında veriliş hazırladıq, zəng edib dedi ki, bəy, bir də barəmdə tərifli proqram hazırlamayın. Cavab verdim ki, bəy, sovet dövründən yeni çıxmışıq, alınmır. Dünən prezident olan şəxs “məni tərifləməyin” deyirdi, bu gün Ali Sovetin sədri olan zəng edib deyirdi ki, mənə göndərilın teleqramları efirdə oxuyun.



Heyd


ə


r


Ə


liyev demi


ş


di?

–         Bəli, bəs kim deyəcəkdi?! Ali Sovetin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev zəng edib deyirdi ki, bəs kişi çox hirslidir. Soruşurdum ki, kişi kimdir? Cavab verirdi ki, bilmirsinizmi kişi kimdir? Sula edirdim, İsa Qəmbər olanda, kişi demirdin, indi nə oldu?



Amma sizin s


ə


dr oldu


ğ


unuz vaxtda Az


ə


rbaycan televiziyaslndan Xaliq Bahad


ı


r kimi bir insan


ı



çı


xartd


ı


lar…

–         Onu sizə düz çatdırmayıblar. Lazım idimi ki, dövlət quruculuğu gedən vaxtı içəridə o boyda mübarizə, yəni müavin olmaq? O, hərdənbir mənim ünvanıma atır, amma qələminə hörmətim olsa da, polemikaya girmək istəmirəm. Adamdan soruşmazlar ki, müavin olmaq sənin adına yazılmışdımı? Niyə Səfər Alışarlı müavindir, mən yox – deyə etiraz edirdi.



Xaliq Bahad


ı


r bildirib ki, S


ə


f


ə


r Al


ış


arl


ı


n


ı


Nax


çı


vandan Az.Tv-y


ə


g


ö


nd


ə


rmi


ş


dil


ə


r…

–         Xeyr, qətiyyən. O sirri açım, onsuz da həmin posta bir naxçıvanlı, yaxud ermənistanlı qoyulacaqdı. Mən öz işçimi gətirdim və dedim ki, mən həmin Məmməd İsmayıl, sən də həmin Səfər Alışarlısan.



Yekuna g


ə


l


ə


k, SSR


İ


da


ğı


l


ı


bsa, m


ü


st


ə


qil d


ö


vl


ə


tiks


ə


, Yaz


ıçı


lar Birliyinin 80 illik yubileyini ke


ç


irm


ə


k anlama g


ə


l


ə


bil


ə


r?

–         Bu məsələdə polemikaya girə bilərəm. AYB bir orqanizmdir, mənim həyatımın 45 ili orda keçib, tariximizin bir parçasıdır. AYB-nin olmasının kimə zəzəri var?! Amma AYB sadəcə iqtidarı dəstəkləyir, onun ideolojisini həyata keçirirsə, bunun da səbəbi dövlətin jurnal və qəzetlərə dəstək olmasıdır. Amma Belarus, Türkmənistan və Moldavada şairlər, yazıçılar çap etdikləri kitablardan qonarar da alırlar, bizdə heç nə almırlar. Bütün hallarda belə qurumun həyatda qalması fəna deyil. Biz hər ikimiz iki rejimi bir bədəndə yaşayan insanlarıq, kəsib ata bilmərik, mümkün deyil, yeni rejimə də uyğunlaşmalıyıq. Həm də qutsal müstəqillik düşüncəmizi murdarladılar. Bir sözlə, bu eybəcərlik bütün qurumlara yayıldı.

Ana səhifəVideo“Müstəqillik düşüncəmizi murdarladılar” (VİDEO)