Müstəntiq gəlmədi, baxış təxirə salındı (yenilənib)

”Müstəntiq gəlmədi, baxış sentyabrın 20-nə təxirə salındı”

Source:


***


16.53.Səbayel rayon məhkəməsində Nida-çılar Bayram Məmmədovun və Qiyas İbrahimovun şikayətlərinə baxılıb. Hər iki fəalın şikayəti təmin edilməyib.


***


”Müstəntiq gəlmədi, baxış sentyabrın 20-nə təxirə salındı”

Bunu Meydan TV-yə vəkil Elçin Sadıqov deyib.

Sentyabrın 14-də gənc fəal Qiyas İbrahimovun evində baxış-axtarış keçiriləcəkdi. Lakin müstəntiq baxışa gəlməyib.

Elçin Sadıqov deyir ki, gənc fəal saxlandıqdan sonra yaşadığı evdə baxış adı ilə axtarış aparılıb və evdən narkotik tapıldığı deyilir:

“Həmin narkotikin mənzilə yerləşdirilməsini görən şahid var. Bununla bağlı Nizami Rayon Məhkəməsinə şikayət verilib”.

E.Sadıqov Q.İbrahimovun cinayət işi üzrə hazırlıq iclasının sentyabrın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyini də dedi.

Gənc fəal Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.

Vəkil onu da əlavə eidb ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə Nida-çı Bayram Məmmədov barəsindəki həbs müddətinin uzadılması haqqında Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib. Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs olunduğu güman edilir.

Ana səhifəXəbərlərMüstəntiq gəlmədi, baxış təxirə salındı (yenilənib)