Mənbə: google

Mustafa Hacıbəyliyə qarşı hökm qüvvədə qaldı

Baş redaktor Avropa Məhkəməsinə şikayət edəcək

Ali Məhkəmənin hakimi Hafiz Nəsibov “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı hökmü qüvvədə saxlayıb. Bu barədə məlumatı baş redaktorun özü yayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi “Basta” saytında dərc edilən məqalələrə görə M.Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.

Mustafa Hacıbəyli hökmdən Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z2kwk2

Ən çox baxılan