İmran Əliyevin Polis İdarəsində olduğu bildirilir
Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin saxlanıldığı bildirilir. Bastaninfo.com saytının məlumatına görə, o, hazırda Lənkəran şəhər Polis İdarəsindədir.
Sayta məlumat verən mənbə bildirib ki, İman Əliyevin saxlanmasının səbəbi onun yanvarın 12-də Liman qəsəbəsində keçirilən aksiya haqqında “Bastainfo”-ya məlumat verməsidir.
Yanvarın 12-də Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib.
Qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar.
Sakinlər bahalaşmaya və işsizliyə etiraz ediblər.