Müsavatçı namizədin oğlu qəzaya düşdü

İkram İsrafil: Şəki Polis İdarəsinə məlumat verdim, anındaca hadisə yerində oldular

Source:


İkram İsrafil: Şəki Polis İdarəsinə məlumat verdim, anındaca hadisə yerində oldular

Oktyabrın 28-də 115 saylı Şəki dairəsindən namizədliyini irəli sürən müsavatçı namizəd İkram İsrafil seçicilərlə görüşə gedərkən oğlunun idarə etdiyi maşın qəzaya düşüb. Bu barədə İkram İsrafil öz Facebook səhifəsində yazıb.

“Bu gün Şirinbulaq kəndində saat 10 radələrində seçicilərlə görüşümüz vardı. Görüşə hazırlıq üçün gedən oğlumun maşınının sağ qabaq təkəri partlamış vəı yoldan çıxaraq ağaca dəymişdir. Allaha min şükürlər ki, salamatlıqdır, xəsarət alan yoxdur. Şəki Polis İdarəsinə məlumat verdim, anındaca hadisə yerində oldular”.

Müsavatçı namizəd görüşləri gecikmə olsa da, davam edəcəyini dedi.

Ana səhifəXəbərlərMüsavatçı namizədin oğlu qəzaya düşdü