Müsavat seçkilərin saxtalaşdırılacağını, REAL isə Avropa İttifaqından reaksiya gözləyir

Arif Hacılı: Novruz Məmmədovun açıqlaması seçkilərin saxtalaşdırılacağını və əvvəlki seçkilərdən fərqlənməyəcəyini təsdiqləyir

Natiq Cəfərli: Özlərini sığortalamaq üçün belə bir bəyanatla çıxış edirlər. Ki, biz seçkilərə qiymətin neqativ olacağını demişdik

Source:


Arif Hacılı: Novruz Məmmədovun açıqlaması seçkilərin saxtalaşdırılacağını və əvvəlki seçkilərdən fərqlənməyəcəyini təsdiqləyir


Natiq Cəfərli: Özlərini sığortalamaq üçün belə bir bəyanatla çıxış edirlər. Ki, biz seçkilərə qiymətin neqativ olacağını demişdik


“Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”.

Bu açıqlamanı Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov ötən həftənin sonu öz Twitter səhifəsində yazıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı  Meydan TV-yə hakimiyyət rəsmisinin yazdıqlarını şərh edərkən mövcud iqtidarın xarici siyasətinin son dövrlərdə xüsusi problemli olduğuna işarə edib: “Əslində, rəsmilər bu tipli açıqlamalarla özlərini gülünc vəziyyətə salırlar. Güman ki, Avropa İttifaqından Məmmədovun fikirlərinə adekvat reaksiya olacaq. Ancaq Məmmədov Azərbaycan xarici siyasəti üçün ciddi fiqur olmadığından reaksiya verilməyə bilər. Bütövlükdə isə Avropa Birliyinin və beynəlxalq aləmin Azərbaycanla bağlı mövqeyi belə açıqlamalara görə müəyyənləşir”.

Müsavat başqanı düşünür ki, Novruz Məmmədovun açıqlaması seçkilərin saxtalaşdırılacağını və əvvəlki seçkilərdən fərqlənməyəcəyini təsdiqləyir: “Seçkilərin demokratikliyi yalnız seçki günü müəyyənləşmir, əvvəla, seçki öncəsi demokratik şərait, qanunvericilik bazası və normal rəqabət üçün vəziyyət yaradılmalıdır. Artıq indidən seçkilərin ədalətli və demokratik olmayacağını demək mümkündür. Mətbuata basqı, 100-ə qədər siyasi məhbusun, seçki komissiyalarının hakimiyyətin nəzarəti olduğu ölkədə seçkilərin demokratik keçirilməyəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli hesab edir ki, Novruz Məmmədovun açıqlaması Avropa Birliyinin ciddiyyətini sual altına qoyduğundan adekvat reaksiya gözləyirlər.

O, düşünür ki, bununla hakimiyyət rəsmiləri indidən 1 noyabr seçkilərinin problemli keçəcəyini bilirlər: “Ona görə özlərini sığortalamaq üçün belə bir bəyanatla çıxış edirlər. Ki, biz seçkilərə qiymətin neqativ olacağını demişdik. Əslində, Novruz Məmmədovun açıqlaması 1 noyabr seçkilərinə kölgə salır və seçkilərin normal keçməyəcəyinə bir işarədir. Bu mənada Məmmədovun açıqlaması qeyri-ciddi və yersizdir”.

Ana səhifəXəbərlərMüsavat seçkilərin saxtalaşdırılacağını, REAL isə Avropa İttifaqından reaksiya gözləyir