Müsavat rəhbərliyi istintaqa çağırılıb

”Diqqəti jurnalist Əfqan Muxtarlının həbsindən yayındırmaq istəyirlər”

Source:


”Diqqəti jurnalist Əfqan Muxtarlının həbsindən yayındırmaq istəyirlər”

İyunun 16-da Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbəri, ondan bir gün sonra Müsavat Partiyasının başqanı Arif Hacılını, iyunun 20-də isə onun müavini Gülağa Aslanlını Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırıblar.

Bu barədə məlumatı Meydan TV-yə Müsavat başqanı Arif Hacılı verib. Bildirib ki, hakimiyyət bunu qəsdən edir:

“Diqqəti jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirilməsi faktından bir qədər kənara çəkmək istəyirlər. Bu məqsədilə müxalifət liderlərini istintaqa cəlb edirlər”.

Arif Hacılı baş verənləri hakimiyyətin müxalifətə və ictimai sektora, bütövlükdə iqtidarın fəaliyyətini tənqid edənlərə qarşı təqib və repressiya siyasətinin davamı kimi qiymətləndirir.

Ana səhifəXəbərlərMüsavat rəhbərliyi istintaqa çağırılıb