Müsavat Partiyasının rəhbərliyi istintaqa çağrılıb

”Bu, son vaxtlar Müsavat Partiyasına olan təzyiqlərin tərkib hissəsidir”

Source:
Arif Hacılı və İsa Qəmbər foto sosial şəbəkə


”Bu, son vaxtlar Müsavat Partiyasına olan təzyiqlərin tərkib hissəsidir”

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər fevralın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Partiya rəhbərliyinə məktub idarənin mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov tərəfindən daxil olub.

Bu barədə məlumatı Meydan TV-yə Arif Hacılı verib. O, mühacirətdə olan azərbaycanlılarla bağlı cinayət işi açıldığını söyləyib:

“Bu məsələ ilə bağlı dindiriləcəklər. Əhatəli məlumatım olmasa da, hesab edirəm ki, bu, son vaxtlar Müsavat Partiyasına olan təzyiqlərin tərkib hissəsidir. Partiyanın Şəki Təşkilatının qərargahı alınıb, təşkilat üzvümüz Yusif Qarayev 25 sutka inzibati cəzaya məruz qalıb. O cümlədən, partiyaya informasiya dəstəyi verən bastainfo.az saytı hər gün haker hücumuna məruz qalır. Bütün bunlar müsavatçıların ölkə daxilində və xaricində fəallaşmasıyla bağlıdır”.

Ana səhifəXəbərlərMüsavat Partiyasının rəhbərliyi istintaqa çağrılıb