Arif Hacılı şübhələndiyi hər hansı şəxslərin olmadığını deyib
Müsavat Partiyasının qərargahında avqustun 18-dən 19-a keçən gecə oğurluq olub. Qərargahın pəncərələri sındırılıb və iki kondisioner oğurlanıb.
Bu barədə Meydan TV-yə danışan partiyanın başqanı Arif Hacılı bildirib ki, hazırda Binəqədi Rayon 5-ci Polis Bölməsinin rəisi və əməkdaşları araşdırma aparırlar:
“Hələlik iki kondisionerin oğurlandığı məlumdur. Oğrular birinci mərtəbənin pəncərəsinin “dəmir barmaqlıqları”nı kəsiblər, ikinci mərtəbənin pəncərəsini sındırıblar. Hələ ikinci mərtəbədən nəyinsə oğurlandığını bilmirik. Polislər mənimlə görüşüb dedilər ki, cinayəti törədənlər qısa müddətdə aşkarlanacaq”.
Arif Hacılı şübhələndiyi hər hansı şəxslərin olmadığını deyib.