Müsavat Partiyasının Divanı Türkiyə hadisələrini müzakirəyə çıxartdı

Divanda insanların həlak olmasına səbəb olan, Türkiyə Cümhuriyyətinin çıxarlarına ciddi zərbə vuran bu hadisələrlə bağlı dərin məyusluq ifadə edilib

Source:


Divanda insanların həlak olmasına səbəb olan, Türkiyə Cümhuriyyətinin çıxarlarına ciddi zərbə vuran bu hadisələrlə bağlı dərin məyusluq ifadə edilib

İyulun 16-da Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib.

Toplantıda iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi geniş müzakirə olunub.

Məlumatı partiyanın sabiq başqanı, Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbər öz Facebook səhifəsində paylaşıb.

Divanda insanların həlak olmasına səbəb olan, Türkiyə Cümhuriyyətinin çıxarlarına ciddi zərbə vuran bu hadisələrlə bağlı dərin məyusluq ifadə edilib.

Müsavat Partiyasının Divanı legitim siyasi hakimiyyətlərə qarşı törədilən bütün hərbi çevrilişləri, o cümlədən dünən Türkiyədə Silahlı Qüvvələrin bir hissəsi tərəfindən baş verən çevriliş cəhdini siyasi hakimiyyətin əvəzlənməsi üçün qəbuledilməz üsul kimi pisləyib.

Müsavat Partiyası qardaş türk xalqının bu sınaqdan da uğurla çıxacağına, çevriliş cəhdinin törətdiyi fəsadların Türkiyə Cümhuriyyətinin istiqlalının qarantı olan orduya qarşı çevrilməyəcəyinə, əsası Atatürk tərəfindən qoyulmuş cümhuriyyət dəyərlərinə, dünyəvi, hüquqi, demokratik Türkiyə Cümhuriyyətini qorumağa və inkişaf etdirməyə nail olacağına inamını bildirib.

Ana səhifəXəbərlərMüsavat Partiyasının Divanı Türkiyə hadisələrini müzakirəyə çıxartdı