Müsavat Partiyasında keçirilən aclıq aksiyası dayandırıldı

Partiya bundan sonra da siyasi məhbusların azadlığı uğrunda mübarizəsini davam etdirəcək

Source:


Partiya bundan sonra da siyasi məhbusların azadlığı uğrunda mübarizəsini davam etdirəcək

Mayın 12-dən Müsavat Partiyasının «Siyasi məhbuslara azadlıq!» tələbi ilə keçirilən aclıq aksiyası mayın 18-də dayandırılıb. Bu barədə Azadlıq Radiosuna Müsavat başqanının müavini Səxavət Soltan məlumat verib.

Soltanlı deyib ki, buna səbəb hazırda həbsdə olan siyasi məhbuslardan Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və digərlərinin müraciəti olub:

“Onlar xahiş edib, səhhətimizi nəzərə alaraq israrla aksiyanı dayandırmağımızı istəyiblər. Bildiriblər ki, aksiya öz məqsədinə çatıb, yerli və beynəlxalq diqqəti çəkə bilib. Bu məsələ Divanda müzakirə olunub və xahişin nəzərə alınması barədə qərar verilib”.

Mayın 12-dən başlayan aksiya çərçivəsində 5 nəfər uzunmüddətli aclıq edib, 1 gün isə ümumrespublika dəstək aksiyası təşkil olunub, digər müsavatçı və fəallar da onlara qoşulublar.

Onun sözlərinə görə, partiya bundan sonra da siyasi məhbusların azadlığı uğrunda mübarizəsini davam etdirəcək.

Ana səhifəXəbərlərMüsavat Partiyasında keçirilən aclıq aksiyası dayandırıldı