Müsavat Partiyası seçkidən boykotu müzakirə edəcək

İsa Qəmbər: “İlham Əliyev elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib”

Source:


İsa Qəmbər: “İlham Əliyev elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib”

Oktyabrın 25-də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda Müsavat Partiyasının sabiq başqanı seçicilərlə görüş mitinq keçirib.

Mitinq Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılsa da, siyasi məhbusların şəkilləri olan plakatlar meydana buraxılmayıb. Müsavat Partiyasının başqanı Arif Hacılı mitinqdə çıxışı zaman polisin siyasi məhbusların fotolarının mitinq iştirakçılarının əllərindən alınmasını tənqid edib.

“Görüş-mitinqin təşkilatçılarına siyasi məhbusların portretlərinin Məhsul stadiona keçirməsinə imkan verilmir. Hakimiyyət qondarma ittihamlarla həbs etdirdiklərinin hətta şəkillərindən də qorxur”, – deyə Arif Hacılı çıxışında bildirib. Bundan sonra mitinq iştirakçıları siyasi məhbusların fotoları olan və polisin əzdiyi plakatları geri alaraq istifadə ediblər.

Mitinqdə çıxış edən Müsavat başqanı Arif Hacılı deyib ki, seçkilərin saxtalaşdırılma ehtimalı böyüksür. O, seçkidən sonrakı dörd ay ərzində yeni seçki tələb etdiklərini vurğulayıb: “Biz azad seçki tələb edirik!”.

A.Hacılı ölkədəki siyasi məhbuslarla bağlı vəziyyətdən, qondarma ittihamlarla həbs edilən onlarla insanın aqibətindən danışıb. Həmçinin vurğulayıb ki, demokratik kəsim ölkənin nicatına nail olacaq. A.Hacılı deyib ki, onların seçkidən imtinası da aktualdır: “Bu, oktyabrın 28-də son dəfə müzakirə olunacaq”.

Müsavat başqanının müavini Səxavət Soltanlı ölkədəki siyasi situasiyanın çətinliyini vurğulayıb və çətin şərtlər daxilində belə hakimiyyətə qarşı gəldiklərini qeyd edib.

Müsavatın namizədlərindən olan Dilşad Nağıyeva qeyd edib ki, seçicilər ədalətli seçkilər keçiriləcəyinə, demokratik qüvvələrin demokratik yolla hakimiyyətə gələcəyinə inanmırlar: “Amma  biz inamlıyıq. Seçicilərlə görüşəndə bir daha sübut etdik ki, biz varıq, mübarizədəyik”.

Salyandan namizəd olan Valeh Hümbətoğlu da vəziyyətin çətinliyini vurğulayaraq, əlavə edib ki, bu şəraitdə də Müsavat mübarizəni davam etdirir.

Müsavat Divanının üzvü Nüşabə Sadıxlı isə vurğulayıb ki, vətəndaşlar hakimiyyətdən və sosial durumlarından narazı olsalar da, bunu deməyə  çəkinirlər.

Namizədlərdən Xasay Səfəroğlu isə qeyd edib ki, hakimiyyətin güclü olmasının və durumun düzəlməməsinin səbəbi vətəndaş qərarsızlığıdır: “Bu gün hakimiyyətin güclü görünməsinin tək səbəbi vətəndaş zəifliyidir”.

İsa Qəmbər isə MTN-lə bağlı baş verənlərdən danışıb, hakimiyyətin ölkə sərvətlərini taladığını qeyd edib. “İlham Əliyev elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib. İlham Əliyev indi bilib ki, bu nazirik Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmışlar. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədirlər. Bu rejim hər birimizin həyatından 22 ili oğurlayıb. Oğru rejim, avtoritar rejim həyatımızı oğurlayır. Bu rejimin sonu gəlməkdədir. Biz bu rejimin getməsi üçün əlimizdən gələni etmişik və etməkdə davam edirik”.

Sonda mitinqin qətnaməsi oxunub.

Qətnamədə deyilir: “Siyasi məhbuslar azad edilsin! Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılsın! Seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilsin, ilk növbədə, seçki komissiyalarının müstəqilliyi təmin edilsin! Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtı ayrılsın! Seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda, təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbir görülsün! Bütün bu və digər zəruri tədbirləin görülməsi üçüün parlament seçkiləri dayandırılaraq dörd ay sonraya təyin edilsin!”

Ana səhifəXəbərlərMüsavat Partiyası seçkidən boykotu müzakirə edəcək