Müsavat Partiyası qurultay qərarını açıqladı

Partiya sentyabrın 27-də qurultayını keçirmək üçün yer ayrılması istiqamətində səylərini davam etdirəcək

Source:


Partiya sentyabrın 27-də qurultayını keçirmək üçün yer ayrılması istiqamətində səylərini davam etdirəcək

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın VIII qurultayının 27 sentyabr tarixdə keçirilməsinə hazırlığın gedişi və görülən işlər haqqında məlumat yayıb.

Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, seçkili orqanlara namizədlərin irəli sürülməsi müddəti qurultaya 30 gün qalmış (28 avqust 2014-cü il saat 1

000

-dan) başlayır və qurultaya 10 gün qalmış (17 sentyabr 2014-cü il saat 1

000

-dək) başa çatır. Təşviqat kampaniyası müddəti  qurultaya 30 gün qalmış (28 avqust 2014-cü il saat 10

00

-dan) başlayır və səsvermənin başlanması haqqında qurultayın qərar verdiyi ana qədər davam edir. “Namizədliyin irəli sürülməsi haqqında ərizə QHTK-nın sədrinin adına yazılır və Təşkilat Departamentinə təqdim olunur. Təqdim olunan ərizələr xüsusi dəftərdə namizədin şahidliyi ilə qeydə alınır və namizəd tərəfindən imzalanır”.

Məlumatda qurultayın keçirilməsi üçün yer ayrılması istiqamətində səylərin davam etdirilməsi və müvafiq zallar ilə bağlı  danışıq aparmaq məqsədilə İşçi Qrupunun yaradılması qeyd olunur.

Ana səhifəXəbərlərMüsavat Partiyası qurultay qərarını açıqladı