Müsavat Partiyası Masallı təşkilatının sədrinə hökm oxunub

Vəkil: ”Qərarda siyasi münasibət büruzə verir”

Source:
Xasay Feyzulla


Vəkil: ”Qərarda siyasi münasibət büruzə verir”

Masallı Rayon Məhkəməsi oktyabrın 3-də Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Fərzullanın cinayət işi üzrə hökm çıxarıb.

O, 2,6 il azadlıqdan məhrum edilib.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Nemət Kərimli hökmü qanunsuz adlandırıb:

“Təqdim edilən ekspertiza rəyi qanunlara uyğun gəlmədiyindən gülünc və absurd idi. İş materiallarında Xasay Feyzullanın partiyanın yerli təşkilatının sədri olmasının qeyd edilməsi siyasi münasibəti büruzə verir”.

Vəkil apelyasiya şikayəti verəcəklərini deyib.

2017-ci ilin aprelin 5-də X.Fərzulla öz avtomobili ilə Bədəlan kənd sakini, piyada Rauf Tağıyevi, sonuncunun qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsini, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb.

N.Kərimli əlavə edib ki, əgər Cinayət Məcəlləsinə təklif edilən düzəlişlər Apellyasiya Məhkəməsinədək qəbul olunarsa, Xasay Fərzullanın barəsində başqa qərar çıxarıla bilər.

Ana səhifəXəbərlərMüsavat Partiyası Masallı təşkilatının sədrinə hökm oxunub