Müsavat Partiyası Əfv Fərmanını gözləyir

Elman Fəttah: “Siyasi məhbusların əhəmiyyətli hissəsi azad edilməzsə, məclis iştirakçı ölkələrə boykot çağırışı edəcək”

Source:


Elman Fəttah: “Siyasi məhbusların əhəmiyyətli hissəsi azad edilməzsə, məclis iştirakçı ölkələrə boykot çağırışı edəcək”

Müsavat Partiyası Novruz Bayramında siyasi məhbusların əhəmiyyətli hissəsi azad olunmazsa, Bakı Yay Olimpiya Oyunlarının iştirakçı ölkələrinə boykot çağırışı edəcək.

Bu barədə Meydan TV-yə partiyanın başqan müavini Elman Fəttah deyib.

Elman Fəttah partiyanın 2014-cü ilin yanvar sessiyasında siyasi məhbus Tofiq Yaqublunun beynəlxalq idman yarışının boykot edilib-edilməməsi ilə bağlı çağırışı təklifini xatırlatdı: “O zaman məclis bəyanat verdi ki, siyasi məhbuslar azad olunmasa, partiya olimpiada iştirakçılarına boykot barədə çağırış edəcək. Ötən ilin sentyabrında partiya Divanı növbəti xatırlatma etdi ki, əgər siyasi məhbuslar problemi həll olunmasa, bu il məclisin sessiyasında məsələyə yenidən qayıdıb qərar verə bilə bilərlər. Həmin vaxt azadlıqda olan hüquq müdafiəçisi Leyla Yunus da bütün ictimai fəallara, partiyalara bu barədə müraciət etmişdi”.

Elman Fəttah deyib ki, partiya məclisinin növbəti sessiyası apreldə keçiriləcək, Novruz Bayramında siyasi məhbusların əhəmiyyətli hissəsi azad edilməzsə, sessiyada iştirakçı ölkələrə boykot çağırışı ediləcək və siyasi məhbus problemi Müsavatın siyasi prioritetinə çevriləcək. Konkret olaraq, müvafiq kampaniyaya start veriləcək.

Ana səhifəXəbərlərMüsavat Partiyası Əfv Fərmanını gözləyir