Müsavat Divanı seçki ilə bağlı toplandı

Partiyanın Seçki Qərargahı seçkinin səhərisi günü ilkin hesabatı açıqlayacaq

Source:


Partiyanın Seçki Qərargahı seçkinin səhərisi günü ilkin hesabatı açıqlayacaq

Sentyabrın 26-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Meydan TV-yə daxil olan məlumata görə, divanda İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

İclasda əsasən bu gün ölkədə keçirilən referendum müzakirə olunub.

Seçki aktivliyinin aşağı olması, “karusel” əməliyyatının həyata keçirilməsi, seçki bülletenlərinin topa şəklində seçki qutularına atılması, səsverməyə gələn seçicilərin seçki siyahılarında olan adlarının qarşısında imza atılması hallarına rast gəlinməsi və digər pozuntular müzakirə olunub.

Bütün daxil olan məlumatların bir daha dəqiqləşdirilməsi referendum dövrü və səsvermə günü ilə bağlı ətraflı hesabat hazırlanması ilə əlaqədar Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahına tapşırıq verilib. Referendumla bağlı hazırlanacaq ilkin hesabatın ictimaiyyətə çatdırılması sentyabrın 27-nə nəzərdə tutulub.

Ana səhifəXəbərlərMüsavat Divanı seçki ilə bağlı toplandı