Müşahidəçilər məntəqəyə 1 saat gec buraxılıb

”İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

Source:


”İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

“Müşahidəçi vəsiqəmiz olmasına baxmayaraq, məntəqə açılan kimi içəriyə buraxılmadıq”.

Meydan TV-yə 57 saylı Hacıqabul -Kürdəmir seçki dairəsində müşahidəçi kimi iştirak etmək istəyənlər yazıblar. Bildiriblər ki, məntəqə səhər saat 7-də açılıb, ancaq onlara “gedin, 8-dən sonra gələrsiniz”, – deyiblər:

“Bizi içəri buraxmamaq üçün min bir cür bəhanə gətirdilər. Axırda da dedilər ki, bütün müşahidəçilər məntəqəyə gələndən sonra siz də içəri buraxılacaqsınız. Orxan adlı müşahidəçi 8-dən sonra içəri buraxılıb. Sonra da qalanlarına izin verilib. İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

Kürdəmir sakinləri onu da bildirirlər ki, dünəndən rayonun büdcədən maliyyələşən bütün təşkilatlarının işçilərinə bu gün İlham Əliyevə səs vermək üçün məntəqələrə gəlmək tələb edilib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə səkkiz namizəd iştirak edir: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Ana səhifəXəbərlərMüşahidəçilər məntəqəyə 1 saat gec buraxılıb