Öldürülən hərbçi Anar Bayramov ali təhsilli idi
Murovda “N” saylı hərbi hissədə Sumqayıtdan hərbi xidmətə çağırılan 24 yaşlı əsgər Bayramov Anar Günəş oğlu əsgər yoldaşı tərəfindən gülələnərək öldürülüb.
Məlumat Meydan TV-yə öldürülən əsgərin yaxınlarından daxil olub.
Hərbi xidmətə bir illik yollanan hərbçi Anar Bayramov ali təhsilli idi. İyun ayında xidməti başa çatacaqdı.
Həftəsonu olduğundan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləmək cəhdləri alınmadı.