Murad Köhnəqala

Mənbə: google.az

Başlıq: Murad Köhnəqala

Murad Köhnəqala azadlığa buraxılıb

Şairin alimentin bir hissəsini ödədiyi bildirilir

İyunun 14-də 15 sutka inzibati həbs cəzası alan şair Murad Köhnəqala azad edilib.

Məlumatı şairin həyat yoldaşı Şəlalə Göytürk “Facebook” səhifəsində yayıb.

Şəlalə Göytürk Murad Köhnəqalanın müvəqqəti azadlığa buraxılması üçün göstərdikləri köməyə görə deputat Qənirə Paşayevaya, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevə təşəkkür edib:

“Muradın 10 gün ərzində ödəməli olduğu borcun qalan hissəsini toplamağa davam edən dostlara, həmkarlara, onu tanıyan, qədrini bilən hər kəsə bütün varlığımla minnətdarlığımı bildirirəm! Dəstəyinizi əsirgəməyin, gözəl qəlbiniz var olsun!”.

O, Murad Köhnəqalanın aliment borcundan 3 min manatını ödədiyini qeyd edib.

Murad Köhnəqala iyunun 12-də Tovuz Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza alıb. Keçmiş həyat yoldaşı onun 12 min manat aliment borcu olduğundan şikayət etmişdi. Şair məhkəmə qərarını icra etməməkdə günahlandırılaraq, 15 sutka inzibati həbs cəzası alıb.

İcra olunmayan məhkəmə qərarı isə aliment ödənişi ilə bağlıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4h0y68

Ən çox baxılan