Murad Köhnəqala azadlığa buraxılıb

O, Murad Köhnəqalanın aliment borcundan 3 min manatını ödədiyini qeyd edib.

Source: google.az


Şairin alimentin bir hissəsini ödədiyi bildirilir

İyunun 14-də 15 sutka inzibati həbs cəzası alan şair Murad Köhnəqala azad edilib.

Məlumatı şairin həyat yoldaşı Şəlalə Göytürk “Facebook” səhifəsində yayıb.

Şəlalə Göytürk Murad Köhnəqalanın müvəqqəti azadlığa buraxılması üçün göstərdikləri köməyə görə deputat Qənirə Paşayevaya, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevə təşəkkür edib:

“Muradın 10 gün ərzində ödəməli olduğu borcun qalan hissəsini toplamağa davam edən dostlara, həmkarlara, onu tanıyan, qədrini bilən hər kəsə bütün varlığımla minnətdarlığımı bildirirəm! Dəstəyinizi əsirgəməyin, gözəl qəlbiniz var olsun!”.

O, Murad Köhnəqalanın aliment borcundan 3 min manatını ödədiyini qeyd edib.


Murad Köhnəqala

iyunun 12-də Tovuz Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza alıb. Keçmiş həyat yoldaşı onun 12 min manat aliment borcu olduğundan şikayət etmişdi. Şair məhkəmə qərarını icra etməməkdə günahlandırılaraq, 15 sutka inzibati həbs cəzası alıb.

İcra olunmayan məhkəmə qərarı isə aliment ödənişi ilə bağlıdır.

Ana səhifəXəbərlərMurad Köhnəqala azadlığa buraxılıb