Apellyasiya şikayətində AXCP üzvünün dərhal azadlığa buraxılması xahiş olunur
Noyabrın 13-də saat 11-də Baki Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyiylə Murad Ədilovun şikayətinə baxılacaq. Meydan TV-ni bu barədə məlumatlandıran vəkil Yalçın İmanov bildirib ki, Nərimanov Rayon Məhkəməsi 6 noyabr 2014-cü il tarixli qərarı ilə Ədilov Murad Ədilovun həbsdə saxlanılma müddətini iki ay, yəni 11 yanvar 2015-ci il tarixədək uzadıb.
Apellyasiya şikayətində həmin qərarın ləğvi ve Murad Ədilovun dərhal azadlığa buraxılması xahiş olunur.