Murad Ədilovun məhkəməsi yenidən təxirə salındı

“Məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərarın məhkəməyə təqdim edilməməsi şübhələrini artırır”

Source:


“Məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərarın məhkəməyə təqdim edilməməsi şübhələrini artırır”

Sentyabrın 2-də Nərimanov Rayon Məhkəməsində AXCP üzvü Murad Ədilovun işgəncəyə məruz qalması haqqında şikayətə baxılması təxirə salınıb.

Meydan TV-ni məlumatlandıran vəkil Yalçın İmanov bildirdi ki, sentyabrın 1-də hakim Turqay Hüseynovun sədrliyilə keçən iclas 1 saat davam edəndən sonra təxirə salınıb. İbtidai araşdırmanı həyata keçirənlər Murad Ədilovun döyülməsi ilə bağlı araşdırma aparılması və məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edildiyini bildirdilər. Hakim Turqay Hüseynovun da reaksiyası belə oldu ki, işə obyektiv baxılması üçün qərarın surətləri məhkəməyə təqdim olunmalıdır. Amma qərarın surəti məhkəməyə təqdim edilmədiyindən proses yenə təxirə salınıb. Təəssüf ki, qərarın surətinin məhkəməyə təqdim olunmamağının səbəbi aydın deyildi.

Vəkil hesab edir ki, qərarın surətinin məhkəməyə təqdim olunmaması şübhələri artırır: “Çox güman ki, belə qərarlar qəbul olunmayıb. Əgər qərar varsa, yalnız bizim şikayətlərdən sonra olunub”.

Ana səhifəXəbərlərMurad Ədilovun məhkəməsi yenidən təxirə salındı