Murad Ədilovun həbs müddəti 2 ay uzadıldı

O, 3 aydır həbsdədir, amma bir dəfə də olsun dindirilməyib

Source:


O, 3 aydır həbsdədir, amma bir dəfə də olsun dindirilməyib

Noyabrın 6-da Nərimanov rayon məhkəməsində AXCP fəalı Murad Ədilovun həbs müddətinin artırılması ilə bağlı proses keçirilib. Vəkil Yalçın İmanov proses barədə Meydan TV-yə bildirib ki, məhkəmə Murad Ədilovun daha 2 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb:

“Murad Ədilov 3 aydır həbsdədir, buna baxmayaraq bir dəfə də olsun dindirilməyib. Yəni, bu işlə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Bu zaman istintaq orqanının həbs müddətinin uzadılmasını istəməsinin heç bir məntiqi əsası qalmır. Məhkəmənin bu qərarında apelyasiya şikayəti verəcəyik”.

Yalçın İmanov Murad Ədilovun saxlanarkən işgəncəyə məruz qalması ilə bağlı Baş Prokurorluğa etdikləri müraciətə cavab gəldiyini də deyib: “Bu haqda cavabı bir neçə gün öncə həbsxanada Murad Ədilova təqdim ediblər. Prokurorluq müraciətimiz əsasında cinayət işinin başlanmasını ləğv edib. Bu qərarla bağlı hüquqi addımlarımız atacağıq”.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

Ana səhifəXəbərlərMurad Ədilovun həbs müddəti 2 ay uzadıldı