Murad Ədilova 7 il iş istənildi

AXCP üzvünə bu gün hökm oxunacaq

Source:

AXCP üzvünə bu gün hökm oxunacaq

Mayın 14-də Lənkəran Ağır Cinayətlərə dair Məhkəmədə AXCP Sabirabad Rayon Şöbəsinin həbsdə olan üzvü Murad Ədilovun məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı məhkəmədən Murad Ədilovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Sonra təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov çıxış edib. Bu barədə Meydan TV-yə məlumat verən vəkilin sözlərinə görə, o, müdafiə nitqini üç məsələ üzərində qurub: “Mən Murad Ədilova bəraət verilməsini istədim. Onun həbsinin siyasi xarakter daşıdığını bildiridim. Bundan başqa, qeyd etdim ki, Murad Ədilov həbs olunarkən Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsi pozulub. Həmin maddəyə əsasən, heç kim işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. Murad Ədilov isə döyülüb, işgəncəyə məruz qalıb. Həmçinin məhkəmədən Murad Ədilovun evinə və üzərinə narkotik maddə qoyan polislərin və ona işgəncə verən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmasını tələb etdim”.

Prosesdə Murad Ədilov son söz deyib. O, qardaşı Natiq Ədilova görə şərlənərək həbs olunduğunu deyib. Bildirib ki, dəfələrlə qardaşı ilə bağlı xəbərdarlıq alıb, hətta polislər onu saxlayarkən, döyərkən, bunu qardaşına görə etdiklərini deyiblər. AXCP üzvü olduğunu vurğulayan Murad Ədilov heç vaxt mövqeyindən çəkilməyəcəyini deyib.

Hakim fasilə elan edib. Fasilədən sonra hökm elan olunacaq.

Ana səhifəXəbərlərMurad Ədilova 7 il iş istənildi