Murad Ədilov Kürdəxanı Təcridxanasına köçürülüb

“Onun avqustun 15-də səhər saatlarında Bakı istintaq təcridxanasa köçürülməsi kobud qanun pozuntusudur”

Source:


“Onun avqustun 15-də səhər saatlarında Bakı istintaq təcridxanasa köçürülməsi kobud qanun pozuntusudur”

Avqustun 11-də həbs edilən AXCP Sabirabad şöbəsinin üzvü Murad Ədilov Kürdəxanı təxcridxanasına köçürülüb.

Məlumatı Meydan TV-yə verən vəkil Yalçın İmanov bildirdi ki, Murad Ədilov haqqında həbs qətimkan tədbiri avqustun 13-də Nərimanov rayon Məhkəməsində seçilib.

Həmin qərarda Murad Ədilovun saxlanma yeri kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq təcridxanası göstərilib. Bu qərar 13 avqustda günün birinci yarısında qəbul olunub: “AR CPM 157.3 maddəsinin tələbinə əsasən, məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlanma yerində 24 saatdan artıq saxlana bilməz və bu müddət bitənə qədər istintaq təcridxanasına köçürülməlidir. Ancaq əldə etdiyimiz məlumata görə, Murad Ədilov avqustun 15-də səhər saatlarında Bakı istintaq təcridxanasa köçürülüb. Bu isə kobud qanun pozuntusudur. Bu bir daha Murad Ədilovun saxlanılarkən ona təzyiqlərin göstərilməsi ilə bağlı şübhələri gücləndirir”.

Murad Ədilovun qardaşı Natiq Ədilov bildirmişdi ki, qardaşı saxlanılarkən və Sabirabad polis şöbəsindəykən ölümcül mənəvi və fiziki işgəncələrə məruz qoyulub. Eyni vəziyyətin “Bandotdel”də də yaşanması barədə o hələ məlumatsızdır.

N.Ədilov hesab edir ki,  qardaşının vəkillə təmasına imkan verilməməsinin özü də həm Murada, həm də onun ailəsinə işgəncədir.

Ana səhifəXəbərlərMurad Ədilov Kürdəxanı Təcridxanasına köçürülüb