Murad Ədilov iki həftədir ailəsilə görüşə bilmir

“Görüş üçün ərizə yazsalar da, onların ərizəsinə nə yox deyən var, nə hə”

Source:


“Görüş üçün ərizə yazsalar da, onların ərizəsinə nə yox deyən var, nə hə”

AXCP üzvü Murad Ədilovin fiziki təzyiqə məruz qalması ilə bağlı iki gün əvvəl Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan artıq apelyasiya şikayəti verilib. Nərimanov Rayon Məhkəməsində keçirilən proses müdafiə tərəfinin iddiası əsasında baş tutub. Məhkəmədən tələb edilirdi ki, Murad Ədilov saxlanılarkən və Sabirabad polisində olarkən ona verilən mənəvi və fiziki işgəncə faktları tanınsın.

Murad Ədilov Sabirabad polisində bir saata yaxın beş nəfər tərəfindən döyülüb, və qidasız saxlanılıb. Ona verilən işgəncə prosesində Sabirabad rayon polis idarəsindən tanıdığı iki nəfərin- rəis müavini Əlifağa Kazımovun və Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirak edib.

Murad Ədilovun vəkili Yalçın İmanov məhkəmənin qərarı ədalətsiz hesab etdiklərindən apellyasiya şikayətini məhkəməyə təqdim edib.

Vəkil Meydan TV-yə onu da əlavə edib ki, Murad Ədilova yaxınları ilə görüşə də icazə verilmir. “İki həftədir görüş üçün ərizə yazsalar da, onların ərizəsinə nə yox deyən var, nə hə”, – deyə vəkil fikrini tamamlayıb.

Ana səhifəXəbərlərMurad Ədilov iki həftədir ailəsilə görüşə bilmir