“Yeni Baş Plan təsdiqlənmədiyi halda ona bəzi dövlət qurumları istinad edib, hansısa əmlakların sökülməsi ilə bağlı qərarlar qəbul edir”
Bu fikirləri Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl “Böyük Bakının Regional İnkişaf Planı və mülkiyyət hüquqları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib. O bildirib ki, 2030-cu ilə kimi həyata keçiriləcək layihə Bakını, Abşeronun bir hissəsini və Sumqayıtı əhatə edir.