Mühacirlər haqqında ilk film çəkildi (VİDEO)

2013-cü il bir sıra hadisələrlə yadda qaldı. Əsgər ölümlərinə son aksiyası, İsmayıllı olayları, prezident seçkiləri və Orxan Zeynalov olayı. Azərbaycan vətəndaşını Rusiyada bir yerli sakini öldürməkdə günahlandırdılar. Bu hadisə həm Azərbaycanda, həm də Rusiyada böyük səs-küyə səbəb oldu. Orxan Zeynalov həbs olundu. Amma olayın ətrafındakı söz-söhbət bitmədi. Elə həmin vaxt da Meydan-tvdə “Ruslar Vadisi-Orxan” adlı film yayımlandı.

Ruslar Vadisi-Orxan filmini hazırlayan Laçın Məmişov bu filmdə çox suallara aydınlıq gəldiyini deyir.

Azərbaycandan mühacirətə gedənlər az deyil. Son illər siyasi təqiblərə görə Avropaya üz tutanlar da yetərincədir . Onlar haqqında müxtəlif fikirlər səsləndirilir. Elə “Mühacirlər” filmi də məhz bu mövzunu işıqlandıracaq, onların həyat tərzinə nəzər salacaq. Bunu yeni filmlər silsiləsini çəkən Laçın Məmişov deyir.

“Mühacilər” filminin ərsəyə gəlməsi üçün heç bir maliyyə vəsaiti ayrılmayıb. Müəllif isə film işıq üzü gördükdən sonra satışının gerçəkləşəcəyinə ümidlidir.

Mühacir həyatı həm də bu günümüzün reallığı, tarixə çevrilən həqiqətləridir. Ümid edirik ki, tamaşaçı marağı filmin satışına təsir edəcək və silsilə filmlərin çəkilməsinə imkan yaranacaq. Axı bu mühacirlərin böyük əksəriyyəti Azərbaycandakı repressiyaların və təzyiqlərin ölkədən didərgin saldığı aydınlardır. Gələcək nəsillərin həmin insanları tanıması üçün bu missiya sona çatdırılmalıdır.

Ana səhifəVideoMühacirlər haqqında ilk film çəkildi (VİDEO)