Onlar ölkədəki təzyiqlərə son qoymağı və siyasi məhbusların azad edilməsini tələb edəcəklər
Almaniyada fəaliyyət göstərən Azərbaycanın siyasi mühacir qurumları Prezident İlham Əliyevi Berlində aksiya ilə qarşılayacaqlar.
Bu barədə aprelin 23-də Avropada yaşayan siyasi mühacirlər – AND, DAS, AKM və Avropa Müsavatçıları təşkilatlarının birgə Təşkilat Komitəsi açıqlama yayıb.
Təşkilatçılar Meydan TV-yə deyiblər ki, onlar ölkədəki repressiv mühit, siyasi fəallara, media təmsilçilərinə təzyiqlərə etiraz edəcək, siyasi məhbuslara azadlıq tələb edəcəklər.
Rəsmi məlumata görə, İlham Əliyev aprelin 25 və 26 -da Berlində rəsmi səfərdə olacaq:
“Həmin tarixlərdə Almaniya Xarici İşlər Nazirliyində Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə İlham Əliyev və Ekologiya naziri Muxtar Babayev iştirak edəcək”.
“Aprelin 26-da Əliyev Almaniya kansleri Olaf Şoltsa görüşəcək. Ölkə başçılarının görüş günü etiraz aksiyası keçirəcəyik”, – deyə məlumatda qeyd olunub.
Təşkilat Komitəsi aksiyaya icazə verildiyini bildirib.