Müdafiə Nazirliyi yeni siyahı yaydı: 2907 nəfər şəhid olub

Nazirlik həmçinin itkin düşənlərin tapılması və identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.

Foto: Müdafiə Nazirliyi


7 hərbçinin itkin düşdüyü bildirilir

44 gün davam edən II Qarabağ müharibəsində həlak olan və itkin düşən hərbiçilərin yeni siyahısı açıqlanıb.

Siyahı iyulun 14-dək dəfn edilənləri əhatə edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat

yayıb

.

Nazirlik iyulun 14-dək dəfn edilən 2907 hərbi qulluqçunun və itkin hesab olunan 7 nəfərin məlumatlarını yeni siyahıya əlavə edib.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub", – nazirliyin rəsmi açıqlamasında belə deyilir.

Nazirlik həmçinin itkin düşənlərin tapılması və identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.

İyunun 14-də Azərbaycan Müdafiə Nazirliyi dəfn edilən 2904 nəfərin və itkin düşən 10 hərbçi barədə məlumat

yaymışdı

.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi yeni siyahı yaydı: 2907 nəfər şəhid olub