Müdafiə Nazirliyi operativ məlumat yaymır

Cəbhə bölgəsindən əldə olunan xəbərləri nazirliyin mətbuat xidməti ilə razılaşdırmaq mümkünsüzdür

Source:


Cəbhə bölgəsindən əldə olunan xəbərləri nazirliyin mətbuat xidməti ilə razılaşdırmaq mümkünsüzdür

Azərbaycan Müdafiə Nazirliyi jurnalistləri cəbhə xəttindən məlumat yayarkən diqqətli olmağa çağırıb.

MN mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı “Turan İA”-ın müxbiri ilə söhbətində bildirib ki, bəzi on-line resurslar bəzən hərbi hissələrin nömrələrini, onların yerini, hərbi texnikanın sayını və yerdəyişməsi haqqında məlumatları göstərir və bunu fotomateriallarla müşayiət edir.

“Hərbi sirrin qorunması nöqteyi-nəzərdən bu, yolverilməzdir”- deyə Dərgahlı qeyd edib.

V.Dərgahlı israrla jurnalistləri cəbhə xəttindən məlumatları Müdafiə Nazirliyi ilə razılaşdırdıqdan sonra dərc etməyə çağırıb.

Cəbhə bölgəsindən mütəmadi məlumatlar yayan media orqanlarından biri də Meydan TV-dir.  Meydan TV xəbərləri yayarkən hərbi hissələrin nömrələrini, yerini qeyd etmir.

Artıq bir neçə gündür ki, sərhəd bölgələrində atışma gedir. Müdafiə Nazirliyi bununla bağlı operativ, ətraflı məlumat yaymır, əksər halda ümumiyyətlə, telefona cavab verilmir. Mətbuatla daimi işləmir, cəmiyyətə vaxtaşırı xəbər çatdırılmır. Buna görə də cəbhə bölgəsindən əldə olunan xəbərləri nazirliyin mətbuat xidməti ilə razılaşdırmaq mümkünsüzdür.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi operativ məlumat yaymır