Müdafiə Nazirliyi: MİQ 29 havada yad cisimlə toqquşub

Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Source: Specify Source


“Təyyarə düşməzdən əvvəl pilot ağır xəsarət alıb”


Müdafiə Nazirliyi

iyulun 24-də təlim-məşq uçuşları zamanı radarlan itib, qəzaya uğrayan MİQ 29 təyyarəsinin “qara qutusu”nun oxunduğunu və qəzanın səbəblərinin aydınlaşdırıldığını bildirib.

Nazirliyin məlumatında deyilir ki, təyyarə düşməzdən əvvəl yad cisimlə toqquşub:

“Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”.

Nazirlik həmçinin də bəyan edib ki, Azərbaycanda aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığı var və hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Təyyarənin axtarışına cəlb edilən türkiyəli mütəxəssislərin köməyilə pilot, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Rəşad Atakişiyev

avqustun 21-də dəfn edilib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: MİQ 29 havada yad cisimlə toqquşub