Müdafiə Nazirliyi: Hərbçimiz şəhid olub

Əsgərin dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək

Source:
Şəhid Mənəfov İbrahim Möhsüm oğlu
Şəhid Mənəfov İbrahim Möhsüm oğlu


Əsgərin dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək

Yanvarın 19-da Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü Mənəfov İbrahim Möhsüm oğlu həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti

bildirir

ki, Neftçala rayonundan hərbi xidmətə çağrılan İbrahim Mənəfov Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olub.

Bildirilir ki, əsgərin dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək.

2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat

edib.

Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Hərbçimiz şəhid olub