Müdafiə Nazirliyi: Əsgər Xanəli Fəttayev intihar edib

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb

Source:
Əsgər Xanəli Fəttayev – Foto: Facebook
Əsgər Xanəli Fəttayev – Foto: Facebook
Əsgər Xanəli Fəttayev – Foto: Facebook
Əsgər Xanəli Fəttayev – Foto: Facebook
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb

Müdafiə Nazirliyi əsgər Xanəli Fəttayevin vəfatı ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Xanəli Fəttayevin qarşı tərəfdən açılan atəş nəticəsində həlak olması barədə yanvarın 29-da sosial şəbəkə və bəzi yerli elektron informasiya resurslarında yayılan məlumatlar həqiqətəuyğun deyil.

Müdafiə Nazirliyi əsgərin qeyri-döyüş şəraitində, intihar nəticəsində həlak olduğunu deyir:

“İkin araşdırmalara görə, intihar xidməti fəaliyyətlə əlaqəli deyil. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır”, – deyə açıqlamada vurğulanır.

Xanəli Fəttayevin yaxınları musavat.com-a onun 4 ay  öncə hərbi xidmətə yollandığını deyiblər. Övladlarının ölüm xəbərinini 29 yanvar saat 12:00-da alıblar. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq.

Mərhumun ailəsi Bakının Binə qəsəbəsində, “Südçülük sovxozu” adlanan ərazidə yaşayır.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Əsgər Xanəli Fəttayev intihar edib