Müdafiə Nazirliyi: Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb (yenilənib)

“Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428”.

Foto: Müdafiə Nazirliyi


24.30.


Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçu Artur Kartanyanı qarşı tərəfə təhvil verib.


Məlumatı Müdafiə Nazirliyi



yayıb



.


Bildirilib ki, iyunun 8-də Laçın rayonu ərazisində saxlanılan Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyanın Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığı aydınlaşıb:


"Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Artur Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Qeyd olunanları nəzərə alaraq, Kartanyan qarşı tərəfə geri təhvil verilib".

***


15.22.


Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatı ilə bağlı açıqlama



yayıb



.


Ermənistan Müdafiə Nazirliyi bildirib ki, müqavilə xidmətinin hərbçisi Artur Katanyan dumanlı hava şəraiti olduğundan itkin düşüb:


"8 İyun tarixində müqaviləli əsgər Artur Katanyan duman havaya görə ərazidə azıb və itkin düşüb. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin Katanyanı təxribatçı hesab etməsi doğru deyil"

***


“Kəşfiyyat-diversiya qrupunun tapşırığı Azərbaycan ərazisinin minalanması olub”

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ölkə ərazisinə daxil olduğu deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

məlumat

da bildirilir ki, qarşı tərəf əlverişsiz hava şəraitindən istifadə edərək Azərbaycan ərazisinə daxil olub. Nəticədə qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Nazirlik bildirib ki, ilkin araşdırmalara görə, kəşfiyyat-diversiya qrupunun tapşırığı Azərbaycan ərazisinin minalanması olub:

"Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428".

Ermənistan mənbələri məlumatla bağlı hələ reaksiya verməyib.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb (yenilənib)