“Hava şəraiti ilə əlaqədar istiqaməti itirərək azıblar”
Azərbaycan ordusunun iki hərbçisinin Laçın rayonu istiqamətində itkin düşdüyü deyilir.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Nazirlik bildirib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Fərid Məmmədov və Firdovsi Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanıldığı qeyd olunub.