Müdafiə Nazirliyi: Azərbaycan ordusunun hərbçisi şəhid olub

“Snayper atəşi nəticəsində Azərbaycan ordusunun mayor rütbəli hərbçisi Adil Omarov şəhid olub”.

Source: Сайт Минобороны АР


Hadisə Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində baş verib

Ermənistan silahlı qüvvələrinin mayın 30-da Ağdam rayonu istiqamətində cəbhə xəttində atəşkəs rejimini pozduğu bildirilir.

Məlumatı

Müdafiə Nazirliyi

nin mətbuat xidməti yayıb.

“Snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Aqil Akif oğlu Omarov şəhid olub”.

Sosial şəbəkələrdə Adil Omarovun mayor rütbəsində olması haqqında məlumatlar yayılıb. Bildirilir ki, 1983-cü il təvəllüdlü Adil Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq. Hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Hadisə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanda olduğu bir vaxtda baş verib.

61278359_2423227657908580_90209478745522176_n.jpg
Mayor Aqil Akif oğlu Omarov
Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Azərbaycan ordusunun hərbçisi şəhid olub