18.07.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun iyulun 26-da saat 15.30-da Ararat rayonu istiqamətində atəşkəsi pozması barədə məlumat yayıb.
Ancaq Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin məlumatını təkzib edib.
Nazirlik Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası olmadığını bildirib: "Erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb".
***
Ermənistan Azərbaycanın dezinformasiya yaydığını deyir
İyulun 26-da Kəlbəcər rayonu istiqamətində yenə atışma olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı
məlumat
da deyilir ki, saat 03 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.
Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüldüyü qeyd olunub.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfini dezinformasiya yaymaqda ittiham
edir
.