Mübariz Mənsimovun ev dustaqlığı ləğv olunsa da, İstanbulu tərk edə bilməz

İş adamı Fətullah Gülən və onun təşkilatı (Fetullah Gülen Terror Örgütü – FETÖ) ilə əlaqədə ittiham olunurdu.

Source: Meydan TV


İş adamı şərti cəza çəkməlidir

Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov (Qurbanoğlu) haqqında ev dustaqlığı qərarı ləğv olunub. Bununla belə, o, yenə də İstanbulu tərk edə bilməz. Bu barədə Mənsimovun köməkçisi, “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

2020-ci ilin martında həbs olunan Mübariz Mənsimov bu ilin martında 5 illik cəzasını ev dustaqlığı şəraitində çəkmək şərtilə azadlığa buraxılmışdı.

İş adamı Fətullah Gülən və onun təşkilatı (Fetullah Gülen Terror Örgütü – FETÖ) ilə əlaqədə ittiham olunurdu. Məhkəmədə çıxış edən iş adamı ittihamı rədd etsə də, məhkəmə onu şəbəkəyə yardımda təqsirli hesab etdi. Amma prokurorluğun da Mənsimovun ev dustaqlığına buraxılması haqda təqdimatını nəzərə alaraq, onun şərti cəza ilə ilə həbsdən azad edilməsinə qərar verdi.

Türkiyə vətəndaşı olan Mübariz Mənsimov həbs olunduğu ilk vaxtlarda yaydığı açıqlamada baş verənlərə görə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi.

Rövnəq Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb. O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb.

Ana səhifəSiyasətMübariz Mənsimovun ev dustaqlığı ləğv olunsa da, İstanbulu tərk edə bilməz