MTN terror aktı törətməkdə şübhəli bilinən dəstəni zərərsizləşdirib

“İstənilən avtoritar rejimlərdə siyasi-ideoloji boşluq yarananda meydana həmişə radikallar çıxır”

Source:





İ


st


ə


nil


ə


n avtoritar rejiml


ə


rd


ə


 siyasi-ideoloji bo


ş


luq yarananda meydana h


ə


mi


şə


radikallar


çı


x


ı


r



Milli Təhlükəsizlik Nazirliyi terror aktı hazırlamaqda və digər ağır cinayətləri törətməkdə şübhəli bilinən bir qrup şəxsin saxlanıldığını bildirib. Bu, Azərbaycan vətəndaşları Niyaməddin Xəlilov, Rufis Bəyimov,  Rəşad Həşimli,  İlqar Musayev, Anar Rzayev  və  Ceyhun Abdullayevdir.

MTN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi məlumatına görə, bu şəxslərin mənzillərindən 4 “Makarov” tapançası, bir “TT” tapançası, 35 güllə, 1 kq-a yaxın trotil şaşkası, 2 “RQD-5” tipli əl qumbarası götürülüb.

Faktla bağlı 28.214.2.1, 28.214.2.3 (terrorizm, odlu silahdan istifadə ilə terror aktlarının hazırlanması) və 228,3-cü (qanunsuz odlu silah saxlama) maddələrlə cinayət işi açılıb.

Adı çəkilən şəxslər həbs edilib.

MTN-in məlumarına görə, qrupun məqsədi diversiya və terror aktları vasitəsilə ictimai-siyasi sabitliyi pozmaq, habelə Azərbaycanda şəriət qaydaları ilə idarəolunan dövlət yaratmaq məqsədilə ölkə ərazisində “cihad” törətmək olub. Qrup 2014-cü ilin noyabrında “əmir” seçilməklə yaradılıb.

Məlumatda bildirilir ki, qrup zənginləri “kafir” hesab edərək, onları talamağı planlaşdırırdı. Əldə edilmiş pulla qrup üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlər törətmək və ölkə ərazisində terror aktları həyata keçirmək niyyətində idi.

Bu məqsədlə hazırda istintaqın müəyyən etməyə çalışdığı mənbədən çox sayda silah və döyüş sursatı əldə edilib.

Müəyyən edilib ki, qrup üzvləri Mərdəkan qəsəbəsində bir bağı soyublar. 2014-cüilin noyabr ayında onlar Qəbələ rayonunda “Soyuq bulaq” restoranının sahibinin evinə giriblər və onu qətlə yetiriblər.

Noyabr ayı ərzində qrup üzvləri Əhmədli qəsəbəsində və Binəqədi rayonunda bir neçə ticarət obyektinə basqın ediblər.

2015-ci ilin fevral ayında qrup üzvləri Sumqayıtda “VAZ-2106” markalı avtomobili qaçırıblar və onunla soyğun üçün Göyçaya yola düşüblər. Bu plan baş tutmadıqda onlar qaçırılmış maşını Ağdaş rayonunda qoyub Bakıya qayıdıblar.

MTN əməkdaşlarının əməliyyatı nəticəsində mütəşəkkil qrup zərərsizləşdirilib. Hazırda cinayət işinin bütün detallarının araşdırılması və digər iştirakçıların müəyyən edilməsi üçün istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


“Əgər yüzlərlə adam gedib Suriyada döyüşürsə, deməli, şəbəkə mövcuddur və bu, heç kimə, o cümlədən, MTN-ə sirr deyil”

Nazirliyin açıqlamasını Meydan TV-yə şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, bəyanatdan qrupun şəriət dövləti yaratmaq planının gələcək üçün nəzərdə tutulduğu aydınlaşır, qrup “kafir” saydıqları insanların sərvətini talamaqla güclənmək istəyirmiş: “Əslində, bu, İŞID-ın yaranma sxemidir, onlar da Suriyada qarətlə fəaliyyətə başlamışdılar. Problem ondadır ki, Azərbaycanda bu tipli bir çox ittihamların şahidi olmuşuq və dəfələrlə bu yöndə məhkəmə prosesləri qapalı keçirilib. Odur ki, bu halların nə dərəcədə həqiqət olmasını söyləmək də çətindir. Həbs olunanların həqiqətən bu cür cinayəti törətmək istəyi olub, ya bunu ediblər, yaxsa bu yenə də növbəti bir siyasi şoudur? Şəffaflıq olmadığından bu suala birmənalı cavab vermək çətindir”.

Politoloq Azərbaycanda radikal meyllərin yetərincə olduğunu düşünür: “Əgər elə olmasaydı, bu gün yüzlərlə azərbaycanlı Suriyada döyüşməzdi. Bu meyllərin yaranmasının başlıca səbəbkarı da elə  hakimiyyətdir. Çünki siyasi müxalifət, azad media və müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılanda, hakimiyyət yaranan boşluğu kimlərin tutacağını bilməliydi. İstənilən avtoritar rejimlərdə siyasi-ideoloji boşluq yarananda meydana həmişə radikallar çıxır. Nəzərə alanda ki, radikal dini fəaliyyət üçün imkanlar demokratik müxalifətin fəaliyyət imkanlarından dünən də qat-qat geniş olub və bu gün də genişdir, deməli,  həmin təhlükəni də zamanında görmək lazım idi. Bütün deyilənlərə baxmayaraq, indiki mərhələdə kiminsə dövlət çevrilişi həyata keçirmək iqtidarında olduğunu düşünmürəm. Bu, o zaman mümkündür ki, bu tipli kiçik qruplara Suriyada, İraqda döyüşmüş, beynəlxalq terror şəbəkəsinə çıxışı olan, 3-5 tapança və ya 100 patron yox, iri silahlar əldə etmək imkanları olan fərdlər də qoşulsun. Bu halda xalq və dövlət üçün ciddi təhdid yarana bilər. Bu gün isə elə təhlükə yoxdur, çünki radikal dini qruplaşmalar daha çox bir-biri ilə təbliğat müstəvisindən kənara çıxmayan mübarizə aparmaqla məşğuldular”.

Mərkəz rəhbəri hesab edir ki, bu cür ittihamlar verildiyi təqdirdə, cəmiyyətin gerçəkliyi bilməsi üçün istintaq və məhkəmə şəffaf aparılmalıdır. Yoxsa kimlərinsə yanlış və yalan ittihamlarla həbsi real təhlükəni diqqətdən kənarda qoya bilər. Ola bilər ki, 5-6 nəfəri özləri tutdururlar, amma tutduranlar özləri alt qatda şəbəkə qurmaqla məşğuldular. Bu baxımdan belə məsələlər şəffaf araşdırılmalıdır. Əgər yüzlərlə adam gedib Suriyada döyüşürsə, deməli, şəbəkə mövcuddur və bu, heç kimə, o cümlədən, MTN-də sirr deyil. Ona görə də ən ciddi yanlışlıqlardan biri də indiki mərhələdə ictimai diqqəti 3-5 nəfərə yöməltməklə, diqqəti əsas təhlükə mənbəyindən yayındırmaq ola bilər.

Ana səhifəXəbərlərMTN terror aktı törətməkdə şübhəli bilinən dəstəni zərərsizləşdirib