MTN Suriyada və İraqda döyüşlərdə iştirak edən növbəti qrupu həbs edib

İstintaq müəyyən edib ki, 2012-2015-ci illərdə onlar Suriya və İraqda döyüşlərdə iştirak ediblər

Source:


İstintaq müəyyən edib ki, 2012-2015-ci illərdə onlar Suriya və İraqda döyüşlərdə iştirak ediblər

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Suriya və İraqda “İslam dövləti”, “Cəbhətül-Nusra” və “Cumdul-xilafə” terror qruplarının tərkibində müharibədə iştirak etməkdə ittiham olunan növbəti qrupu həbs edib.

MTN-in məlumatında deyilir ki, Azərbaycan vətəndaşları Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu cinayət məsuliyyətinə cəlb edilib.

MTN-in Baş İstintaq İdarəsində AR CM-in 12.1, 279.1 (xaricdə qanunsuz silahlı birləşmə yaratmaq), 12.3, 28, 214.2.1 (xaricdə terrorizm), 12.3, 28, 214.2.3 (eyni hərəkətlər silahdan istifadə ilə törədildikdə), 12.1, 218.2 (xaricdə cinayətkar birliyin təşkili) və 283-1.3-cü (dini ədavət salma) maddələri ilə istintaq aparılır. Adı çəkilən bütün şəxslər məhkəmə qərarı ilə həbs ediliblər.

İstintaq müəyyən edib ki, 2012-2015-ci illərdə onlar Suriya və İraqda döyüşlərdə iştirak ediblər.

İstintaq davam edir, bu qruplaşmaların digər iştirakçılarının axtarışı həyata keçirilir, deyə MTN-in məlumatında bildirilir.

İndiyədək onlarla ölkə vətəndaşı bu cür cinayətlərə görə həbs və mühakimə edilib. Qeyri-rəsmi məlumatlara görə, Suriya və İraqda döyüşən Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir.

Ana səhifəXəbərlərMTN Suriyada və İraqda döyüşlərdə iştirak edən növbəti qrupu həbs edib