MTN-nin yeni rəhbəri kim olacaq?

Nazirliyə baş girişin darvazası tam açıq idi və burada digər dövlət qurumlarının avtomobilləri növbə cəkirdi

Source:


Nazirliyə baş girişin darvazası tam açıq idi və burada digər dövlət qurumlarının avtomobilləri növbə cəkirdi

Eldar Mahmudov ötən şənbə gözlənilmədən MTN-nin başcısı vəzifəsindən azad edilməsindən sonra bu vəzifə boş qalır.

Prezidentin bu vəzifəyə yeni təyinatı barədə sərəncamın olmaması Mahmudovun işdən cıxarılmasının hansısa təcili səbəblərdən baş verməsindən xəbər  verir.

Məlumatlı mənbələrdən bəlli olub ki, şənbə günü səhərdən Prezident Administrasiyasında hansısa cox  həddindən mühüm məsələ müzakirə olunub və bütün güc qurumlarının rəhbərləri yarım gün ərzində burada olublar.

Və ola bilər Mahmudovun taleyi burada həll olunub.

Tədbirim mahiyyətinə gəlincə isə, bunu yuxarılarda  daxili “münasibətlərin aydınlaşdırılması” kimi də hesab etmək olar.

Bəzi məlumatlara görə, yaxın zamanlarda bir sıra yenı hay-küylü istefalar olacaq.

Hər halda bazar günü MTN-də qeyri-adi hadisələr baş verirdi. Nazirliyə baş girişin darvazası tam açıq idi və burada digər dövlət qurumlarının avtomobilləri növbə cəkirdi.

Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim qapıda növbə cəkirdilər. Bütün bunlar içəridə yoxlama aparılmasının və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı. Hərcənd ki, Mahmudovun saxlanılması xəbərləri rəsmən təsdiq olunmadı, əksinə təkzib olundu.

Yeni nazirin kim olacağına gəldikdə isə, cox ehtimal ki, aşkar namizəd yoxdur. Nəzərə alsaq ki, ölkə rəbərliyi Mahmudova etimadsızlıq göstərib, onun müavinlərindən heç kəs bu vəzifəyə layiq görülməyəcək. Kənardan namizədlər sırasından isə generallar Ramil Usubovun, Məhərrəm Əliyevin və Vahid Əliyevin adları cəkilir. Son ikisi prezidentin müşavirləri siyahısına daxildir, Usubov isə ölkə rəhbərliyinin ən etibarlı adamlarından biri olaraq qalır, böyük təcrübəyə, o cümlədən aparat oyunları sahəsində və hakimiyyətin üst qatlarında vəziyyət barədə informasiyaya malikdir. Amma peşəkarlıq baxımından onların hec biri MTN rəhbərı vəzifəsinə uyğun deyil, cünkü kadr çekisti deyil. Hərcənd ki, V.Əliyev Naxcıvan MTN-nin bir müddət başcısı olub.

Generalitet arasında bu vəzifəyə uyğun olan namizədin adını cəkmək cox cətindir. Bəlkə də bir nəfəri peşəkarlıq baxımından MTN rəhbəri vəzifəsinə layiq  hesab etmək olar. Söhbət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadədən gedir. DTK orqanlarının yetişdirməsi olan Tağızadə təhlükəsizlik sistemindən gedəndə özü baradə bacarıqlı peşəkar rəyini formalaşdırmışdı.

Amma bu general qüdrətli Naxcıvan klanının nümayəndəsi deyil və ali rəhbərliklə qohumluq əlaqəsi yoxdur.  Və ona görə də peşəkarlıq keyfiyyətləri həlledici rol oynamaya bilər.

2004-cü ilin vəziyyətinin təkrar olunmasını da istisna etmək olmaz. O zaman istefada olan OBXSS polkovniki Eldar Mahmudov tamamilə əsassız olaraq MTN-nin rəhbəri oldu və bir gün sonra general rütbəsi aldı (

Turan İA

).


Qafqazinfo.az

bildirib ki, bazar günü olmasına baxmayaraq dövlət başçısı İlham Əliyev işə çıxıb: “Toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub. Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub. Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir. Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib. Bütün bunlarla bağlı dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycan ictimaiyyəti nazirin işdən çıxarılmasının təfərrüatları və baş verənlərlə bağlı məlumatlandırılacaq”.

Ana səhifəXəbərlərMTN-nin yeni rəhbəri kim olacaq?