MTN-nin keçmiş polkovniki istefasından danışdı

““Neftçi”dən özüm ayrılmışam”

Source:


““Neftçi”dən özüm ayrılmışam”

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Mladost”la (Monteneqro) qarşılaşacaq “Neftçi”ni son günlər istefa dalğaları bürüyüb.

Bir müddət əvvəl Qarabağ müharibəsi veteranı, klubda operator kimi çalışan Dadaş Zeynalov vəzifəsindən kənarlaşdırılmışdı. Bu günlərdə isə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, Qarabağ müharibəsi veteranı Hamlet İsmayılovun ölkənin ən köklü klubundan uzaqlaşdırıldığı məlumatı yayıldı.

Komanda.az saytının yaydığı məlumata görə, yazıçı Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədri postuna keçəndən sonra yaxın dostu, Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki Hamlet İsmayılovu klubun Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə gətirmişdi. Ancaq sayta “Neftçi”yə yaxın mənbədən verilən məlumata görə, “ağ-qaralar”ın icraçı direktoru Elnur Məmmədov İsmayılovu daxili əmrlə tutduğu postdan uzaqlaşdırıb: Abdullayevin dostu ilə icraçı direktor arasında münasibətlərin qaydasında olmaması ikincinin istefa ərizəsini yazmasına səbəb olub.

Hamlet İsmayılov Meydan.TV-yə “Neftçi”dən ayrılması barədə danışıb:

“Klubdan özüm ayrılmışam. Sadəcə, yaşımla əlaqədar olaraq işləmək bir qədər çətin idi. Məhz buna görə də, özüm istefa ərizəmi yazaraq, işdən ayrıldım”.

İsmayılov klubun icraçı direktoru Elnur Məmmədovla aralarında heç bir problem olmadığını bildirib.

Ana səhifəXəbərlərMTN-nin keçmiş polkovniki istefasından danışdı