”MTN işi”: Müstəntiqə nə məsləhətdir onu da yaz dedim

“Şərurlu İsfəndiyar” məhkəmədə ifadə verib

Source:
Şərurlu İsfəndiyar
Şərurlu İsfəndiyar


“Şərurlu İsfəndiyar” məhkəmədə ifadə verib

Martın 29-da Sabunçu rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəməsi olub.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov şahid qismində ifadə verib. O, yazıb oxumaq bilmədiyini deyib:

“Müstəntiqə nə məsləhətdir onu da yaz dedim. Mən həmin ifadəni oxumamışam. İfadəmdə yazılanları müstəntiqə vəkilim deyib. O da yazıb. Yazılanlardan xəbərim yoxdur. Təqsirləndirilən şəxslərlə əlaqəm olmayıb”.

Proses aprelin 3-də davam edəcək.

İ. Axundov ibtidai istintaq zamanı ifadəsində iş adamı Azər Quliyevi 2007-ci ildən tanıdığını, onunla ədavəti və düşmənçiliyinin olmadığını deyib. Quliyev Azər Cəlil oğlu “Azərtikinti ATF” MMC-nin direktoru olub. 22 may 2007-ci il tarixdə Azər Quliyevlə “Orxan” MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun “Orxan” MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev “Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində “Babək-94” MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da mənzilləri eyni qaydada bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb.

İfadədə bildirilir ki, “Orxan” MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb. Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev “Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində “Babək-94” MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə, zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin “Orxan” MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində “Orxan” MMC təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub.

Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb. “Şaiq” MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. “Orxan” MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə qeydiyyatdan keçib.

Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib.

İ. Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib. Həmin binanın sifarişçisi “Orxan” MMC, podratçısı isə “Azərtikinti ATF” MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili zərərçəkmiş şəxslərə verib.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”MTN işi”: Müstəntiqə nə məsləhətdir onu da yaz dedim