MSŞA Azərbaycan hökumətinə çağırış etdi

Koalisiya dövlət başçısının 2020-ci ilin iyul ayının 28-də “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınıyla Hasilat Sənayesində Şəfffaflıq üzrə hökümət komisiyasının ləğv olunaraq Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilməsini tamamilə yeni bir situasiya adlandırıb.

Source: Meydan.TV


"Beynəlxalq institutlarla əməkdaşlığı bərpa etmək vacibdir"

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) Azərbaycan hökumətinə çağırış edib.

Bu barədə koalisiya bəyanat yayıb.

Bəyanatda Azərbaycan hökumətə beynəlxalq institutlarla əməkdaşlığı yenidən bərpa etməyə, vətəndaş cəmiyyətinin fəaliyyət mühitini yaxşılaşdırmaq üçün bütün hüquqi və praktiki maneələri (müvafiq qanunvericilikdə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, o cümlədən, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələbləri və s.) aradan qaldırmağa çağırış edilib.

Bildirilir ki, sənəd İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının iyulun 10-da XXİ Ümumi Yığıncağında qəbul edilib.

MSŞA hesab edir ki, hökumətin Beynəlxalq MHŞT-dən çıxmasını və milli səviyyədə bu təşəbbüsü davam etdirməkdən imtina etməsini yeni stiuasiya kimi dəyərləndirilməlidir: “Bu vəziyyətdə mədən sənayesində şəffaflığın təmin edilməsi və təbii sərvətlərin idarə olunması sahəsinə ictimai nəzarətin yenidən təşkili, hökumətin və şirkətlərin hesabatlılığının və şəffaflığının qiymətləndiriləcəyinə ümid edir".

Bəyanat müəllifləri Azərbaycan vətəndaş cəmiyyətinin, xüsusən, qadınların və gənclərin bu prosesdə iştirakının aktivləşdirilməsi, beynəlxaq şəffaflıq təşəbbüslərinin inkişafının izlənilməsi, ölkənin beynəlxaq şəffaflıq təşəbbüslərində iştirak vəziyyətinin ictimailəşdirilməsi və yenidən şəffaflıq təşəbbüslərinə qoşulmasının təşviqi, işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətlərin hasilatına ictimai nəzarətin təşkili, əlaqədar dövlət qurumlarının prioritet istiqamətlərdə ardıcıl, prinsipial və davamlı fəaliyyət göstərməsini vacib sayıblar.

Onlar hesab edirlər ki, hökumət Azərbaycanın hasilat sənayesində şəffaflığın artırılması çərçivəsində benefisiar sahiblik, kontraktların açıqlanması, xammal ticarəti və eləcə də məlumatların dövlət qurumlarının hesabat vermə mexanizmlərinə inteqrasiya edilməsi və s. sahələrdə əvvəllər başlamış işlərin bundan sonra da beynəxlalq təşəbbüsün tələblərinə müvafiq sürətdə davam etdirməlidir.

Koalisiya dövlət başçısının 2020-ci ilin iyul ayının 28-də “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınıyla Hasilat Sənayesində Şəfffaflıq üzrə hökümət komisiyasının ləğv olunaraq Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilməsini tamamilə yeni bir situasiya adlandırıb.

Meydan TV-yə təqdim olunan bəyanatda qeyd olunub ki, 52 koalisiya üzvünün təmsil olunduğu iclasda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları dinlənilib: “Uzun müzakirələrdən sonra Şuranın hesabat dövründəki fəaliyyəti qənaətbəxş, Monitorinq Qrupunun fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib. Sonda MSŞA Koalisiyasının 11 nəfərdən ibarət Şurasına və 5 nəfərdən ibarət Monitorinq Qrupuna seçkilər keçirildi. Şuraya 13 nəfərin namizədliyi hər biri ayrı-ayrılıqda səsə qoyuldu və ən çox səs toplayan 11 nəfər – Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov, Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov növbəti iki il müddətinə Koalisiya Şurasına üzv seçildilər. Monitorinq Qrupuna 5 nəfərin namizədliyi olduğuna görə tərkib səsə qoyuldu və səs çoxluğu ilə Asif Yusifli, Səməd Hətəmov, Şövqiyyə Rəhimova, Elşən Əlisoy və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçildilər”.

Ana səhifəSiyasətMSŞA Azərbaycan hökumətinə çağırış etdi